İlham Əliyev Cüdo və Beynəlxalq Avtomobil federasiyalarının prezidentlərini qəbul etdi
SİYASƏT
16:16 03.05.2013
2124
Azərbaycan prezidenti İlham Əliyev Cüdo Federasiyasının prezidenti Marius Vizeri və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, "Formula 1"də Ferrari komandasının baş idman direktoru Jan Todu qəbul edib.Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, idmanın bütün sahələrinin inkişafı üçün yaradılan infrastruktur layihələrinin önəmi qeyd olunub, ölkəmizdə avtomobil idmanı növlərinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.Azərbaycandakı müvafiq qurumlarla Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.