İlham Əliyev Dilqəm Əhmədov və Ramil Səfərovdan danışdı - VİDEO

İlham Əliyev Dilqəm Əhmədov və Ramil Səfərovdan danışdı - VİDEO
SİYASƏT
13:30 09.08.2014
11023
“Azərbaycan dövləti heç vaxt öz vətəndaşını darda qoymaz”

 Prezident İlham Əliyev avqustun 6-da vətəndaşlarla görüşündə erməni girovluğunda olan azərbaycanlılar Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və orada şəhid olmuş Həsən Həsənovun nəşinin geri qaytarılması üçün atılacaq addımlardan danışıb.

İlham Əliyev çıxışı zamanı həmçinin Azərbaycan zabiti RamilSəfərovla bağlı fikirlərini də bölüşüb.

İ.Əliyevin çıxışını təqdim edirik.

“Biz çalışacağıq ki, bu məsələ də öz həllini tapsın. Əvvəllər də belə hadisələr olub və hər dəfə Azərbaycan öz imkanlarını göstərərək vətəndaşlarını geri qaytarıb. Nə qədər çətin olsa da, biz bunu etmişik. Bildiyiniz kimi, Ramil Səfərovu da Vətənə qaytarmışıq. Baxmayaraq siz də yaxşı bilirsiniz ki, bundan sonra bizə qarşı nə qədər təzyiqlər başlamışdır. Mən, düzü, bunu gözləyirdim, amma bu dərəcədə gözləmirdim. Çünki bu təzyiqlərin heç bir əsası yox idi. Birincisi, mən o vaxt demişəm və bu gün də demək istəyirəm ki, Azərbaycan öz zabitini vətənə qaytarıb, vəssalam. Kim nə deyir-desin, məni maraqlandırmır. Biz bunu etmişik, düz də etmişik. İkincisi, biz heç bir qanunu pozmamışıq. Hər şeyi ədalətli etmişik. O, ekstradisiya edilib, yəni vətənə qaytarılıb və mən burada dərhal onu əfv etdim. Bu, mənim konstitusion hüququmdur. Ona görə burada ittihamlara, təzyiqlərə ümumiyyətlə yer qalmır. Üçüncüsü, Ramil Səfərov özü işğaldan əziyyət çəkmiş, yaxınlarını itirmiş bir insandır. Onun doğulduğu şəhər işğal altındadır və o, 8 ildən çox cəza çəkib. Ona görə hər şey ədalətli idi və o qayıdıb Azərbaycanda yaşayır, orduda xidmət edir. Budur, bizim yanaşmamız. Ona görə, əlbəttə, biz çalışacağıq ki, bu məsələ də həll olunsun.

Mən dəfələrlə demişəm, dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var. O dövlət ki, heç vaxt öz vətəndaşını darda qoymaz”. (azərtac)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO