Azərbaycan prezidenti İlham Əliyev bu gün Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul edib. Azərbaycanın ilk süni peykinin orbitə buraxılması münasibətilə dövlət başçısını təbrik edən Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Kerali bunun ölkəmiz üçün çox böyük hadisə olduğunu vurğulayıb. Henri Kerali ölkəmizdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlamasını da yüksək qiymətləndirib.Dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları və eləcə də vətəndaşlara nümunəvi sosial xidmət göstərilməsi sahələrində ölkəmizdə görülən işlərin ardıcıl olaraq həyata keçiriləcəyini bildirib.