Prezident İlham Əliyev E.T.Bağırovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin Tələt oğlu Bağırov "Şöhrət" ordeni ilə təltif edilsin".