İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin Qarabağdakı döyüşlərdə itkiləri təqribən 5 min nəfərdir"

İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin Qarabağdakı döyüşlərdə itkiləri təqribən 5 min nəfərdir"
SİYASƏT
18:30 28.10.2020
875

Azərbaycanın məlumatına görə, 27 sentyabrdan Dağlıq Qarabağ münaqişəsi zonasında aparılan döyüş əməliyyatlarının gedişində erməni tərəfinin canlı qüvvə itkiləri təqribən beş min nəfərdir.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "İnterfaks” agentliyinə müsahibəsi zamanı bildirib.

"Ehtimallarımıza əsasən, Ermənistanın hansı itkilər verə biləcəyini deyə bilərəm. Hətta sırf riyazi hesablamara baxaq: 256 tank məhv edildi - bu dünənki günə olan rəqəmdir (27 oktyabr), bu rəqəm hər gün artır. Bu sayı 3-4 nəfərə vurun, demək olar ki, bu artıq minə yaxındır. Bundan əlavə, 50-dən çox piyadanın döyüş maşını məhv edildi – onlarda təxminən neçə nəfər olduğu aydındır; yüzlərlə artilleriya silahı - hər birində bir neçə nəfər; altı S-300 qurğusu, təxminən 40 OSA ZRK qurğusu, TOR, KUB, KRUQ qurğusu; 400-dən çox yük maşını, bunların əksəriyyəti həm hərbi qulluqçular, həm də döyüş sursatları ilə məhv edildi. Səngərlərdə neçə nəfər məhv edildi, biz bu səngərləri, təmas xəttini keçmişik - bu kadrlar internetdə var. Yəni, bizim məlumatlarımıza görə, erməni tərəfdən itkilər yalnız beş min nəfər və daha çox ola bilər, bir qayda olaraq müharibədə yaralananlar isə 2-3 dəfə çox olur”, - deyə Prezident İlham Əliyev "İnterfaks” və "İnterfaks-Azərbaycan” agentliklərinə verdiyi müsahibədə bildirib.

 

Azərbaycanın Silahlı Qüvvələrinin itkilərinə toxunan dövlət başçısı qeyd edib ki, bütün amillər nəzərə alınaraq itkilər minimaldır.

"Bizim itkilərimizə gəlincə, döyüş əməliyyatları bitdikdən sonra onları açıqlayacağımızı söyləmişəm. Ancaq deməliyəm ki, bunlar əhəmiyyətli dərəcədə azdır (erməni tərəfinin itkilərindən)”, - deyə ölkə başçısı qeyd edib.

"Hərbi toqquşmaların xarakterini, çətin relyefi və ermənilərin 30 ildir qurduqları istehkamları nəzərə alaraq, hesab edirəm ki, hər bir insan həyatı əvəzsizdir, lakin bütün bu amilləri nəzərə alaraq itkilərimiz minimaldır”, - dövlət başçısı əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR