İlham Əliyev: "Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir"

İlham Əliyev: "Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir"
SİYASƏT
18:24 05.03.2021
887

"Mən, demək olar ki, bütün çıxışlarımda, beynəlxalq müstəvidə bütün tədbirlərdə bu məsələni dilə gətirirdim, münaqişəni dilə gətirirdim.

Bilirdim ki, gənc nəslin tərbiyə edilməsində bu amil həlledici olacaq. Amma, baxın, görün, bizi nəyə sürükləyirdilər bəzi qeyri-hökumət təşkilatları, bəzi guya sülhsevər dairələr ki, gəlin, bax indi vətəndaş cəmiyyətinin nümayəndələri, digər nümayəndələr bir-biri ilə görüşsünlər, əməkdaşlıq olsun, Ermənistanla Azərbaycan əməkdaşlıq etsin.

Mən bu sözləri ən böyük kürsülərdən, bir çox ikitərəfli görüşlərdə çox eşitmişdim ki, siz əməkdaşlıq etməlisiniz, əməkdaşlıq etsəniz, siz Qarabağda yaşayanları inandıra bilsəniz, Ermənistan əgər görsə ki, Azərbaycan xoşniyyət göstərir, onda məsələ həll olunacaq. Başımızı aldatmaq istəyirdilər".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

"Mən isə deyirdim ki, əməkdaşlıq ancaq o təqdirdə ola bilər ki, düşmən torpaqlarımızdan çıxsın. Bax, yenə də sözümə sadiqəm. İndi düşmən özü çıxmayıb, biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda əməkdaşlığa hazırıq. Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində.

Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik.

Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Amma o vaxt Ermənistanla əməkdaşlıq etmək bizim işimizə gələrdimi? Əlbəttə ki, yox. Nə qədər deyirdilər ki, qoy, vətəndaş cəmiyyətinin nümayəndələri gəlsinlər, görüşsünlər.

Bir müddət belə görüşlər var idi. Amma biz gördük ki, burada əsas mahiyyət kənarda qalır. Sanki müharibə olmayıb. Xocalı soyqırımı olmayıb. Bizim qaçqınlarımız, köçkünlərimiz sanki öz torpaqlarından ermənilər tərəfindən qovulmayıb.

Binalarımız, məscidlərimiz dağıdılmayıb. Biz bunu necə unuda bilərik? Nə qədər çalışdılar bizi inandırsınlar ki, neft kəmərlərimiz Ermənistan ərazisindən keçsin. Mən buna rədd cavabı verəndə ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maliyyələşməsini bir il yubatdılar.

O vaxt biz kreditlərə möhtac idik. Aparıcı beynəlxalq maliyyə qurumları bir il kredit vermədilər ki, bizi məcbur etsinlər buna. Dedim ki, vermirlər, necə deyərlər, cəhənnəmə verməsinlər, özümüz vəsait taparıq", - prezident bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır