İlham Əliyev: "Ermənistanın mümkün müharibə ilə bağlı öz fəaliyyət planı var idi"

SİYASƏT
10:29 24.09.2021
423
"Bilirəm ki, Ermənistan tərəfinin mümkün müharibə ilə bağlı öz fəaliyyət planı var idi. Mahiyyət etibarı ilə Ermənistan 2020-ci il sentyabrın 27-də bu planın icracına başladı”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Nasionalnaya oborona” jurnalına müsahibəsində "Dəmir yumruq” əks-hücum əməliyyatını şərh edərkən bildirib.

"Şübhəsiz ki, müharibə dövrü üçün fəaliyyətimizin əsası bu tarixdən xeyli əvvəl işlənib hazırlanmışdı, amma hərbi əməliyyatın gedişi zamanı ona müəyyən dəyişikliklər edirdik”, - Prezident deyib.

2020-ci il sentyabrın 27-si hadisələri ilə bağlı danışarkən ölkə başçısı hər gün Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə müşavirələr keçirdiyini bildirib:

"Bu müşavirələr zamanı ötən günə yekun vurur, çatışmazlıqları aşkar edir, həmçinin növbəti gün üçün planlar qurur və onları təsdiq edirdik. Bu səbəbdən, çox fəal gündəlik iş aparılırdı və bir çox hallarda, - hərbi əməliyyatların gedişi indi bəllidir, – bizim hərəkətlərimiz və əməliyyatlarımız düşmən üçün gözlənilməz olurdu”.

Azərbaycan Prezidenti əks-hücum əməliyyatına "Dəmir yumruq” adının verilməsi ilə bağlı da danışıb: "Təbii ki, hərbi əməliyyatların əvvəlində heç bir ad yox idi. "Dəmir yumruq” terminini mən Azərbaycan xalqına şəhərlərin və kəndlərin azad edilməsi barədə məlumat çatdırdığım müraciətlərimdə bir neçə dəfə "dəmir yumruq” terminindən istifadə etmişdim. Mən bir neçə dəfə demişdim ki, əgər düşmən torpaqlarımızı öz xoşu ilə tərk etməsə dəmir yumruqla başı əziləcək. Bu, ictimaiyyət tərəfindən müsbət qarşılandığından qərara gəldim ki, əməliyyatı "Dəmir yumruq” adlandırım. Lakin bu, dərhal yox, hərbi əməliyyatların müəyyən mərhələsində baş verdi”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:18 26.10.2021

Hikmət Hacıyev: "Erməni faşizminin məhv edilməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni yaranıb"

12:15 26.10.2021

“Nə istəyirlər desinlər” – Körpəyə su verməsi ilə gündəm olan Çingiz Abdullayev

12:12 26.10.2021

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

12:10 26.10.2021

Deputat qalmaqallı statusundan danışdı: “Sürücüm edib...”

12:06 26.10.2021

Bu binanın uçma təhlükəsi var, DYP əhaliyə müraciət etdi

12:02 26.10.2021

Kəramət Böyükçöl Narkoloji Dispanserdən evə buraxıldı - FOTO

11:57 26.10.2021

DİN Bakıda bir qrup qazinin yolu bağlamasına münasibət bildirdi

11:55 26.10.2021

"Squid Game" serialına baxan işçilər etiraza başladı: Haqqımızı verin

11:50 26.10.2021

Ərdoğan Azərbaycana yola düşüb

11:47 26.10.2021

Koronavirusun “AY.4.2” variantı “Delta”dan daha təhlükəlidir - AÇIQLAMA

11:45 26.10.2021

Prezidentin köməkçisi: “Regionda yeni təhlükəsizlik düzəni formalaşıb”

11:27 26.10.2021

Alim Qasımov qızını cəzalandırıb: “Mənə şillə vurdu” - VİDEO

11:16 26.10.2021

Ermənistan parlamenti Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı qapalı dinləmələr keçirəcək

11:12 26.10.2021

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

11:02 26.10.2021

DTX rəisindən Azərbaycanda sabitliyi pozmağa çalışanlara XƏBƏRDARLIQ

11:00 26.10.2021

DTX rəisi: "Bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması narahatlıq doğurur"