İlham Əliyev Federika Moqerini ilə görüşdü

İlham Əliyev Federika Moqerini ilə görüşdü
SİYASƏT
23:42 29.02.2016
1158
Fevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini arasında geniş tərkibdə görüş olub.
AZXEBER.COM xəbər verir ki, dövlətimizin başçısı xanım Federika Moqerininin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın vacib məsələlərini nəzərdən keçirmək üçün yaxşı fürsət yaratdığını bildirdi. Prezident İlham Əliyev xanım Federika Moqerininin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən ikinci toplantısının bağlanış mərasimində iştirakına görə minnətdarlığını bildirdi. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vacib mərhələdə olduğunu vurğulayan dövlətimizin başçısı əməkdaşlığımızın gələcək planlarının müəyyənləşdirilməsinin önəmini qeyd etdi. Əlaqələrimizi genişləndirmək, tərəfdaşlığımızın səviyyəsini yüksəltmək üçün qarşılıqlı marağın olduğunu deyən Prezident İlham Əliyev bu baxımdan yaxşı anlaşmanın mövcud olduğunu da dedi. Ötən il Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfərinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Münxendə Avropa Komissiyasının qonşuluq siyasəti və genişləndirmə məsələləri üzrə komissarı Yohannes Hanla əməkdaşlığımızın gələcək planları ilə bağlı apardığı müzakirələrin önəmini də qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edəcək səmərəli tərəfdaşlıq əlaqələrinin qurulması üçün əməkdaşlıq formatının işlənib hazırlanacağına ümidvar olduğunu bildirdi. Xanım Federika Moqerininin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantısındakı çıxışına toxunan Prezident İlham Əliyev münaqişələrin həlli, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, xüsusilə regionda maliyyə təhlükəsizliyi və digər məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini dedi.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantısının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini bunu Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. O, təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın yeni çərçivədə davam etdiriləcəyini vurğulayaraq bunun üçün möhkəm bazanın mövcud olduğunu qeyd etdi. Ölkəmizin mürəkkəb regionda yerləşdiyini deyən qonaq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı hər iki tərəfin maraqlarını təmin edəcək strateji səviyyəyə qaldırmağın vacibliyini vurğuladı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri geniş müzakirə edildi, əməkdaşlığımızla bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonra görüş təkbətək davam etdirildi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb