İlham Əliyev görüş keçirdi - FOTO

İlham Əliyev görüş keçirdi - FOTO
SİYASƏT
11:46 30.09.2019
3877
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

- Azərbaycana xoş gəlmisiniz, sizi salamlayıram. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli rol oynayacaq. Bu yaxınlarda səfirin etimadnaməsini qəbul edərkən Fransa-Azərbaycan əlaqələri haqqında öz fikirlərimi bölüşdüm. Hesab edirəm ki, əvvəlki dövrlərdə bu əlaqələrin inkişafı istiqamətində böyük işlər görülmüşdür və müxtəlif sahələrdə Fransa-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Siyasi əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Dövlət başçıları səviyyəsində bir çox qarşılıqlı səfərlər edilib. Onu da bildirməliyəm ki, Heydər Əliyevin Prezident vəzifəsinə seçiləndən sonra ilk xarici səfəri Fransaya olmuşdur. Mənim də Prezident vəzifəsinə seçilməyimdən sonra ilk rəsmi səfərim Prezident Jak Şirakın dəvəti ilə Fransaya olub. Fürsətdən istifadə edərək Prezident Jak Şirakın vəfatı ilə əlaqədar bir daha başsağlığı verirəm.

Fransa prezidentləri Azərbaycana rəsmi səfərlər etmişlər və keçən ilin iyul ayında mənim Fransaya səfərim çərçivəsində Prezident Makron ilə çox səmimi görüşümüz olub. Yüksək səviyyəli səfərlər bütün sahələrdə əlaqələrin inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, bir çox sahələrdə, o cümlədən energetika, nəqliyyat, kosmik sənaye, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Əlbəttə ki, parlamentlərarası əlaqələr ümumi əlaqələrimizin inkişafına çox mühüm töhfə vermişdir. Əminəm ki, sizin səfəriniz də bu istiqamətdə çox uğurlu və önəmli addım olacaq.

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uper deyib:

- Cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkürümüzü bildiririk. Ölkənin birinci şəxsi tərəfindən səfirimizin müşayiət etdiyi nümayəndə heyətimizin qəbul edilməsindən şərəf hissi duyuruq. Səfir bu yaxınlarda təyin olunub və öz fəaliyyətinə artıq başlayıb. Şəxsən öz adımdan və Fransa adından Sizə və xanımınıza təşəkkürümüzü bildiririk ki, Prezident Şirakın vəfatı ilə əlaqədar siz dostluğunuzu nümayiş etdirdiniz. Dostluğun müddəti olmur. Siz bunu sübuta yetirdiniz. Ölkələrimizi səciyyələndirəcək bir söz olarsa, o, dostluq sözü olardı. Ölkələrimiz arasında güclü əlaqələr var. Çünki bir əsrdən çox müddət əvvəl sizin hökumətiniz Fransada mühacir olmuşdur. General de Qol hələ 1944-cü ildə burada olmuşdur.

Alen Uper mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın əhəmiyyətini xüsusi olaraq vurğulayıb və Fransada bu mövzu ilə əlaqədar müzakirələr aparılan zaman Azərbaycanı nümunə kimi təqdim etdiyini bildirib.

Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar Azərbaycanın mövqeyini diqqətə çatdıraraq bildirib ki, bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Görüşdə Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlığın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu qeyd olunub. Həmçinin söhbət zamanı iki ölkə arasında elmi tədqiqat, tibb və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu