İlham Əliyev güclü liderdi, güclü lider isə güclü Azərbaycan deməkdir

İlham Əliyev güclü liderdi, güclü lider isə güclü Azərbaycan deməkdir
KÖŞƏ
14:48 07.10.2013
4354

Amil Cavadov

YAP Ağdam rayon təşkilatının sədr müavini, Gənclər Birliyinin sədri

Bir neçə gündən sonra artıq ölkəmizdə prezident seçkilərdir. 

Biz inanırıq ki, 2003 və 2008-ci illərdə doğru seçim edərək ölkəmizin bugünkü inkişafına imza atan xalqımız 9 oktyabrda da bu seçimini təkrar etməklə aparılan düzgün və düşünülmüş siyasətə davam deyəcək və növbəti beş ildə cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz inkişafın zirvəsinə qalxacaqdır. Əgər biz ötən 10 ilə nəzər yetirsək prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə yüksəlişə, inkişafa nail olduğunu görə bilərik.Təbii ki, əldə olunan bu inkişaf həm ölkəmizin güclənməsinə, həmçinin də insanların sosial-rifah halının daha da yaxşılaşmasına öz təsirini göstərib. Azərbaycan istənilən bir sahədə əldə etdiyi tərəqqiyə, inkişafa görə bölgənin lider, öndə olan dövlətidir. Azərbaycanın istəyi və razılığı olmadan bölgədə hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Ölkəmiz yerləşdiyi regionun iqtisadiyyatının 85 faizini özündə formalaşdırır. Həqiqətəndə bunlar 22 il müstəqillik tarixi olan bir ölkə üçün çox böyük uğurdur. 

Azərbaycan bu gün Dünyada rəqabətqabiliyyətliyinə görə 39-cu yerdə dayanır. 10 il ərzində ölkəyə 130 milyard manatdan artıq sərmayə qoyulub. Qeyri-neft sektoru, sənayemiz uğurla inkişaf etdirilir. Bunlara biz birdən birə nail olmamışıq. Bu inkişafımızın əsası məhz xalqın təkidi və tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəldiyi zamandan sonra qoyulub və bu gün həmin siyasətin müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilməsi Azərbaycanımıza bu yüksəlişi, inkişafı, intibahı bəxş eləyib. Məhz bunlara görə biz yenidən İlhamla İrəli deyirik! Seçimimiz birdir, dəyişməzdir. Bu gün Azərbaycanda neft gəlirləri insan kapitalına çevirlir, dövlət hesabına minlərlə gəncimiz dünyanın ən yaxşı ali məktəblərində təhsil alır, Azərbaycan artıq kosmik ailənin üzvlərindən birinə çevirilib. İnsanlarımızın sosial təminatı ildən ilə yaxşılaşır. Çox yaxşı xatırlayıram ki, Prezident İlham Əliyev 2003-cü ilk dəfə seçiləndə ölkədə bir dənə də olsun çadır şəhəcəyinin qalmayacağını demişdir. Biz bunun şahidi olduq. 

Həmin çadır şəhərciklərinin yerində ən müasir infrastrukura malik qəsəbələr salındı, binlara inşa edildi. Fin qəsəbələri ləğv edildi. Bu da onu təsdiq edir ki, İlham Əliyev verdiyi hər bir sözünü həyata keçirməyə qadir olan liderdir. O, dediyi sözləri əməli ilə həyata keçirən liderdi. Bu işlər bizim seçimimizi dəyişməz edir. Arxada qalan təbliğat-təşviqat kampaniyası zamanı seçicilərlər keçirilən görüşlərdə onların bu işlərə yüksək qiymət verməsi 9 oktyabr tarixində əldə edəcəyimiz qələbənin ən böyük təmiantıdır. İlham Əliyev 10 il ərzində gördüyü işləri ilə öz qələbəsini artıq təmin edib. Hardasa çıxıb populist çıxışlar etməklə bu insanların fikrlərindən, seçimlərindən döndərmək mümkün deyil. Bu gün belə danışan insanların xalqımız 20 il öncə qiymətini verib. Xalqımızın etimad göstərdiyi lider İlham Əliyevdir. İlham Əliyev güclü liderdi, güclü lider isə güclü Azərbaycan deməkdir.

OXŞAR XƏBƏRLƏR