İlham Əliyev Gürcüstan prezidentinə başsağlığı verib

İlham Əliyev Gürcüstan prezidentinə başsağlığı verib
SOSİAL
13:06 08.04.2018
6793

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın prezidenti Giorgi Marqvelaşviliyə Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

AZXEBER.COM-un məlumatına görə, dövlət başçısı Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib:

"Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

OXŞAR XƏBƏRLƏR