İlham Əliyev Çindən təxliyyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi

İlham Əliyev Çindən təxliyyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi
SOSİAL
11:35 06.02.2020
1470
Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyyə olunan azərbaycanlılarla görüş keçirib.

AZXEBER.COM-un məlumata görə, təxliyyə edilənlərin istəkləri yerinə yetirilib.

Onların vəziyyətlərində problem aşkarlanmayıb, səhhətləri yaxşıdır.

Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı, altı Azərbaycan vətəndaşını da təxliyyə edib. Həmin şəxslər, əsasən, tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaq.
OXŞAR XƏBƏRLƏR