“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 42-ci kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 42-ci kitabı çapdan çıxıb
SİYASƏT
18:16 18.09.2017
1058
"Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!".
 
AZXEBER.COM xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 42-ci kitabında yer alan bu fikirləri Prezident İlham Əliyev 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimindəki nitqində söyləyib.
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 42-ci kitabında toplanan materiallar 2010-cu ilin iyulundan oktyabr ayınadək dövrü əhatə edir. Çoxcildliyin 42-ci nəşri Prezident İlham Əliyevin UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşünə dair materialla başlayır. Nəşrin 42-ci kitabında dövlətimizin başçısının Türkiyəyə, Özbəkistana və ABŞ-a rəsmi səfərləri, həmçinin Türkiyə və Rusiya prezidentlərinin Azərbaycana səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə ölkələrimiz arasında əlaqələrin inkişafına dair danışıqlarına dair materiallar yerləşdirilib. Kitabda Türkiyə Prezidenti Abdullah Gülün ölkəmizə rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin, həmçinin dövlətimizin başçısının qardaş ölkəyə rəsmi səfəri zamanı Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamənin imzalanmasına dair informasiyalar oxuculara təqdim olunur. Bundan başqa, kitabda Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Birləşmiş Ştatların Prezidenti Barak Obama ilə görüşünə dair materiallar, həmçinin BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışı yer alıb.
 
Azərbaycan Prezidenti bütün görüş və danışıqlarında diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb. Kitabda dövlətimizin başçısının müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri, eləcə də ATƏT-in, Avropa İttifaqının, Dünya Bankının, ABŞ-ın, Rusiyanın, Niderlandın, İranın, Ukraynanın ölkəmizə səfər etmiş yüksək vəzifəli və nüfuzlu şəxslərini qəbul etməsinə dair materiallar da toplanıb. Çoxcildliyin 42-ci kitabına Türkdilli Ölkələrin Dövlət Başçılarının X zirvə toplantısına, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan dövlət başçılarının dördtərəfli görüşünə, Prezident İlham Əliyevin "Caspian Agro” III beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisində iştirakına və MDB ölkələrinin kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanları rəhbərləri müşavirəsinin Bakıda keçirilən XI iclasının iştirakçıları ilə görüşünə dair materiallar daxil edilib. Nəşrin bu cildində, həmçinin dövlətimizin başçısının bölgələrə səfərləri zamanı söylədiyi nitqlər və ictimaiyyətin nümayəndələri ilə görüşlərindən bəhs edən informasiyalar toplanıb. Bu materiallar arasında Prezident İlham Əliyevin Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün yeni tikilən mənzillərin açılışında, Qəbələ, Qusar rayonlarında, Naxçıvan Muxtar Respublikasında, paytaxt Bakıda müxtəlif infrastruktur obyektlərinin istifadəyə verilməsi mərasimlərində iştirakı barədə informasiyalar, həmçinin dövlətimizin başçısının Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş və yekun nitqləri də xüsusi maraq doğurur. Kitaba "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri daxil edilib. "Azərnəşr” tərəfindən buraxılan 42-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
15:09 16.03.2026
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
15:05 16.03.2026
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
15:01 16.03.2026
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
15:01 16.03.2026
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
14:58 16.03.2026
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
14:47 16.03.2026
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
14:45 16.03.2026
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
14:40 16.03.2026
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
14:35 16.03.2026
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
Xəzər dənizində daha bir zəlzələ oldu
14:33 16.03.2026
Xəzər dənizində daha bir zəlzələ oldu
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
14:29 16.03.2026
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
14:09 16.03.2026
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
SOCAR "Palmali" Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi
14:09 16.03.2026
SOCAR "Palmali" Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi
“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq - FOTOLAR
14:04 16.03.2026
“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq - FOTOLAR
ABŞ Xark adasına quru qoşunlarını cəlb edə bilər
14:03 16.03.2026
ABŞ Xark adasına quru qoşunlarını cəlb edə bilər
Orhan Gencebay xəstəxanaya yerləşdirildi
14:02 16.03.2026
Orhan Gencebay xəstəxanaya yerləşdirildi