İlham Əliyev İran Prezidentini təbrik etdi

İlham Əliyev İran Prezidentini təbrik etdi
SİYASƏT
15:42 11.03.2022
374
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi səmimiyyətlə təbrik edir, dost və qardaş İran xalqına ən xoş arzularımı çatdırıram.

Dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətlərinin əsas təməlini təşkil edir. Dostluq əlaqələrimizin bugünkü yüksək səviyyəsi otuz illik dövrdə ölkələrimizin birgə fəaliyyətinin nəticəsidir.

Bu illər ərzində çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, əldə edilən razılaşmalar və həyata keçirilən birgə layihələr siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımızın dinamik inkişafında mühüm rol oynamışdır.

Mən Azərbaycan ilə İran arasındakı müntəzəm siyasi dialoqu və bir sıra sahələrdəki işbirliyimizi yüksək qiymətləndirirəm.

Hesab edirəm ki, bu gün qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır. Şübhəsiz, tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaratmışdır.

Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Biz ölkənizi təmsil edən şirkətlərin də yaxın gələcəkdə bu prosesdə iştirakını görməkdən məmnun olardıq.

İnanıram ki, xalqlarımızın mənafelərinə və ölkələrimizin maraqlarına xidmət edən Azərbaycan-İran münasibətləri bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
22:09 08.10.2026
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
22:01 08.10.2026
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
21:56 08.10.2026
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
21:51 08.10.2026
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
21:44 08.10.2026
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
21:38 08.10.2026
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
21:33 08.10.2026
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
21:29 08.10.2026
XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
21:23 08.10.2026
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
21:15 08.10.2026
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
21:12 08.10.2026
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi
21:07 08.10.2026
İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi
Tramp: ABŞ ölkədəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək
21:02 08.10.2026
Tramp: ABŞ ölkədəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
20:56 08.10.2026
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
20:51 08.10.2026
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
20:46 08.10.2026
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib