İlham Əliyev İspaniya Kralını təbrik etdi

İlham Əliyev İspaniya Kralını təbrik etdi
SİYASƏT
20:02 11.10.2017
1217
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.
 
AZXEBER.COM-un xəbərinə görə, məktubda deyilir:
 
"Əlahəzrət,
 
İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
 
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
OXŞAR XƏBƏRLƏR