İlham Əliyev israilli həmkarına başsağlığı verdi

İlham Əliyev israilli həmkarına başsağlığı verdi
SİYASƏT
15:09 28.09.2016
1526

 

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı məktubu yazıb.

Məktubda deyilir:

"İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

 

OXŞAR XƏBƏRLƏR