İlham Əliyev Kamboca kralını təbrik edib

İlham Əliyev Kamboca kralını təbrik edib
SİYASƏT
13:10 09.11.2013
1209

Prezident İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Siamoniyə ölkəsinin milli bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

“Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Kamboca arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

OXŞAR XƏBƏRLƏR