xari

İlham Əliyev: Kimsə vəzifədə olan dostlarına arxalanmasın

SİYASƏT
19:45 31.03.2020
2838

Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır.

AZXEBER.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb və ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu öz gündəliyindən çıxarıbdır. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər. Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur. Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırığımı eşidir və görür ki, istisnasız bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır.

Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişafını davam etdirəcək.

Mən dəfələrlə demişəm və həyat onu göstərir ki, biz elə işləməliyik, elə yaşamalıyıq, sanki biz postneft dövründə yaşayırıq. İndi neftin qiyməti 21-22 dollar olan zaman, faktiki olaraq bu, bizim üçün postneft dövrüdür. Biz bu dövrə hazırlıq işləri görmüşük və bu hazırlıq işləri hələ ki, davam edir. Ona görə sahibkarlardan da çox şey asılıdır. Biz bütün lazımi qərarları qəbul etdik, qanunvericilikdə lazım olan düzəlişləri etdik və edəcəyik. Ona görə indi sahibkarlar da ümumi işimizə uyğun fəaliyyət göstərməlidirlər və belə olan halda biz bu böhrandan da şərəflə çıxa biləcəyik.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:26 27.01.2021

Prezident QHT-lərlə bağlı fərman imzaladı

17:20 27.01.2021

“Koronavirusun yeni ştammının Azərbaycana gəlməməsi mümkün deyil“ – ÜST təmsilçisi

17:13 27.01.2021

Putin “Davos həftəsi”ndə Qarabağla bağlı bəyanatdan danışdı

17:00 27.01.2021

“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib

16:31 27.01.2021

“Minlərlə insan COVID-19-a yoluxanda biz onların sayını 41 göstərdik” - Çinli həkim

16:27 27.01.2021

"Azərbaycan və Türkiyəyə qarşı çox güclü qarayaxma kampaniyaları aparılır"

16:20 27.01.2021

Azərbaycanda bu gün nə qədər adam koronavirusa yoluxub?

16:20 27.01.2021

“Fənərbaxça” Məsut Özili təqdim etdi

16:11 27.01.2021

Vüqar Səfərli ilə birgə həbs olunan direktor apelyasiya şikayəti verdi

16:04 27.01.2021

Prezident: Guya Şuşa bizə elə-belə verilib, ağ yalandır!

16:02 27.01.2021

Hikmət Hacıyev: “Yaxın günlərdə Naxçıvan-Mehri kommunikasiya xətti müzakirə ediləcək”

15:40 27.01.2021

Rusiyadan 2 nəfər şəxs Azərbaycana ekstradisiya edildi

15:34 27.01.2021

Hikmət Hacıyev: "Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir"

15:24 27.01.2021

Azərbaycana Pfizer/BioNTech peyvəndi də gətiriləcək - ÜST nümayəndəsi

15:21 27.01.2021

Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!

14:56 27.01.2021

Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!