İlham Əliyev Kiyevdə “Naməlum əsgər” abidəsini ziyarət edib

SİYASƏT
14:53 18.11.2013
1031

Noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət edib.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoydu, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdi.Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.Fəxri qarovul dəstəsi dövlətimizin başçısının qarşısından keçdi.

OXŞAR XƏBƏRLƏR