İlham Əliyev Kraliça II Elizabetə təbrik məktubu ünvanlayıb

SİYASƏT
19:30 13.06.2014
1048
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik məktubu ünvanlayıb.
AZXEBER.COM-un məlumatına görə, təbrikdə deyilir:
"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Mən Azərbaycan ilə Birləşmiş Krallıq arasında mövcud olan ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm. Ölkələrimizi birləşdirən dövlətlərarası münasibətlərimiz siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb.
İnanıram ki, ölkələrimiz arasında davamlı siyasi təmasların, səmərəli iqtisadi əməkdaşlığın və çoxşaxəli mədəni mübadilələrin möhkəmləndirilməsi, eləcə də bir sıra sahələrdə müvəffəqiyyətlə davam edən qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək".
İlham Əliyev II Elizabetə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və rifah diləyib.
OXŞAR XƏBƏRLƏR