İlham Əliyev Liviya rəhbərinə milli bayram münasibətilə məktub göndərdi

İlham Əliyev Liviya rəhbərinə milli bayram münasibətilə məktub göndərdi
SİYASƏT
10:59 24.12.2022
221

Azərbaycan Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, barədə "Prezident.az” məlumat verib.

Məktubda deyilir:

"Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Liviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

OXŞAR XƏBƏRLƏR