İlham Əliyev Meloni ilə görüşdü - FOTOLAR

İlham Əliyev Meloni ilə görüşdü - FOTOLAR
SİYASƏT
15:28 02.10.2025
142
Oktyabrın 2-də Kopenhagendə "Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.

Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi qeyd olunub və bu xüsusda bir neçə gün əvvəl İtaliya prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olunub.

Söhbət zamanı Azərbaycan və İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunuldu, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb. Ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
 
 
15.26
 
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR