İlham Əliyev məğlub olan 17 yaşlı idmançımıza belə dəstək oldu - VİDEO

İDMAN
00:43 20.06.2015
6875
Avropa Oyunlarında iştirak edən idmançılarımızdan biri məğlub olur və medal qazanmaq şansını itirir.

AZXEBER.COM xəzər xəbər-ə istinadən xəbər verir ki, həmin gənc belçikalı rəqibi Muhammed Ketbi Si ilə bürünc medal uğrunda döyüşərək məğlub olub. Taekvondo üzrə döyüşən Məhəmməd Məmmədov məğlubiyyətini soyuqqanlı qəbul edə bilmir. 17 yaşlı gənc elə tatamidə hönkürə-hönkürə ağlamağa başlayır. Hətta rəqibi onu sakitləşdirməyə çalışsa da Məhəmməd medal qazana bilmədiyindən özünə gələ bilmir.

Prezident İlham Əliyev döyüşü zalda izləməsə də Məhəmmədə zəng vurur və ona ürək-dirək verir. Məhəmməd deyir ki, dövlət başçısının zəngi onu düşdüyü dərin psixoloji böhrandan çıxarıb.

OXŞAR XƏBƏRLƏR