İlham Əliyev məscid təmirinə 2 milyon ayırdı - SƏRƏNCAM

İlham Əliyev məscid təmirinə 2 milyon ayırdı - SƏRƏNCAM
SOSİAL
20:46 07.08.2018
5335
Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AZXEBER.COM-un məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
OXŞAR XƏBƏRLƏR