İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
SİYASƏT
21:16 09.07.2024
300
İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.

Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.

Dövlət başçısı bu dəvəti məmnunluqla qəbul edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunu vaxtilə ATV-nin çörəyini yeyənlər edir" - Zaur iddialara cavab verdi
14:23 19.05.2025
"Bunu vaxtilə ATV-nin çörəyini yeyənlər edir" - Zaur iddialara cavab verdi
Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq
14:17 19.05.2025
Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq
O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI
14:15 19.05.2025
O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI
"Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir"
14:05 19.05.2025
"Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir"
Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı - FOTOLAR
14:03 19.05.2025
Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı - FOTOLAR
"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
13:35 19.05.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
Keçmiş başçının direktor qızı işdən çıxarıldı
13:31 19.05.2025
Keçmiş başçının direktor qızı işdən çıxarıldı
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
13:29 19.05.2025
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
Sergey Lavrov Ermənistana səfər edəcək
13:26 19.05.2025
Sergey Lavrov Ermənistana səfər edəcək
Pakistanda fırtına: 3 nəfər öldü
13:24 19.05.2025
Pakistanda fırtına: 3 nəfər öldü
Bakıda böyük söküntü başlayır - Park salınacaq
13:13 19.05.2025
Bakıda böyük söküntü başlayır - Park salınacaq
Azərbaycan-İran birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
13:08 19.05.2025
Azərbaycan-İran birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
Qatarlarımızın sürəti tənqid edildi: “Özbəkistandan da geridəyik, bizimkilər “Jiquli” sürətindədir"
13:06 19.05.2025
Qatarlarımızın sürəti tənqid edildi: “Özbəkistandan da geridəyik, bizimkilər “Jiquli” sürətindədir"
"Intervideni-2025" müsabiqəsində Rusiyanı o təmsil edəcək
13:05 19.05.2025
"Intervideni-2025" müsabiqəsində Rusiyanı o təmsil edəcək
"Bürcləri bu həftə nələr gözləyir?" - Astroloqdan AÇIQLAMA
13:02 19.05.2025
"Bürcləri bu həftə nələr gözləyir?" - Astroloqdan AÇIQLAMA
Simonyan: Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir
12:58 19.05.2025
Simonyan: Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir