İlham Əliyev Miloş Zeman ilə görüşüb

SİYASƏT
10:40 25.04.2014
1251
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. "Şərq tərəfdaşlığı" Proqramının Praqada keçirilən Sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edilib.
Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.

OXŞAR XƏBƏRLƏR