Azərbaycanın dövlət başçısı İlham Əliyev Misir prezidenti Əbdülfəttah əs-Sisini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Azxeber.com-un AZƏRTAC-a istinadən məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına sülh və rifah diləyirəm”.