İlham Əliyev Naxçıvanda hərbi aerodromunun açılışında iştirak edib

İlham Əliyev Naxçıvanda hərbi aerodromunun açılışında iştirak edib
SİYASƏT
11:26 10.05.2021
374
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.
OXŞAR XƏBƏRLƏR