İlham Əliyev Nazarbayevə dəstəyə görə təşəkkür etdi – Ermənistana qarşı mövqeyinə görə

İlham Əliyev Nazarbayevə dəstəyə görə təşəkkür etdi –  Ermənistana qarşı mövqeyinə görə
Siyasət
00:19 05.06.2014
1728

İyunun 4-də Bodrumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olub.

AZXEBER.COM "AzərTAc"a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə öz adından və Azərbaycan xalqı adından təşəkkürünü bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Qazaxıstanın paytaxtı Astana şəhərində Ali Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı baş tutan toplantıda prezident Nursultan Nazarbayevin Azərbaycan dövlət başçısı İlham Əliyevin məktubunu oxuyub və Serj Sarkisyanın buna reaksiyası sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

Videoda erməni prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanın necə təşvişə düşməsi gözdən qaçmır. Qeyd edək ki, Astanada baş tutan toplantıda yeni Birliyin yaradılması ilə bağlı sənədi 3 ölkə- Rusiya, Belarus və Qazaxıstan imzalayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev toplantıda deyib ki, "Biz Azərbaycan prezidentinin məktubunu almışıq. Bütün prezidentlər alıb. Ermənistan Ümumdünya Ticarət Təşkilatına BMT tərəfindən tanınmış beynəlxalq sərhədləri çərçivəsində üzv qəbul olunub və indi də qaydalar Ermənistan ərazisinə bu prinsiplə şamil edilməlidir. Biz bunu bu gün həll etməyək, sadəcə müzakirə üçün deyirəm. Biz bütün sualları bağlamalıyıq ki, biz necə edirik. Razıyıq, elədirmi? Onda birinci məsələ üzrə qərar var".

Nazarbayev deyib ki, bu şərtlərin olmaması rəsmi Bakının xoşuna gəlməyəcək. "Əks halda bu, Azərbaycandan olan bir dostumuzu qıcıqlandıra bilər".

Nazarbayevin bu bəyanatından sonra Sarkisyanın israrla baxdığı Vladimir Putinin heç bir reaksiya verməyərək jurnalı vərəqləməsi jurnalistlərin diqqətindən yayınmayıb.

Nazarbayevin İlham Əliyevin məktubunu oxuyarkən Sərkisyanın düşdüyü vəziyyətə aşağıdakı videoda baxa bilərsiniz:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
14:55 25.08.2025
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
Netanyahu: Hücumlar davam edəcək
14:44 25.08.2025
Netanyahu: Hücumlar davam edəcək
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək