İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
SİYASƏT
17:28 16.03.2018
2104
Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. 

AZXEBER.COM-un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar diləyirəm.

Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Əcdadımızın nikbin həyat fəlsəfəsini dolğun nümayiş etdirən bu bayram Uca Tanrının nemətlərinə minnətdarlıq duyğusunun təcəssümü, böyük hikmətlə yaradılmış təbiətin ilahi nizamına ehtiramın təzahürüdür. Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.

Gələcəyə inamımızı sarsılmağa qoymayaraq bizi ümidlərlə yaşadıb daim yolumuzu işıqlandıran Bahar bayramına fikir tariximizin görkəmli nümayəndələri həmişə rəğbət bəsləmişlər. Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir.

Qloballaşma dalğasının sürətlə yayıldığı və dəyişikliklərin qaçılmaz şəkil aldığı indiki dövrdə yazın ölkəmizə gəlişinin ənənəvi rəngarəng mərasimlərlə müşayiət olunması milli köklərə bağlılığımızın təntənəsidir. İnsanlığa xas ülvi dəyərləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti vardır. Novruzun ümumdünya qeyri-maddi mədəni irsinin şah əsərləri sırasına daxil edilməsi qəlbimizi fərəh hissi ilə doldurur.

Ahəngdar və dinamik yüksəlişə müvəffəq olmuş Azərbaycan bu gün sürətli modernləşmə mərhələsindədir. Ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar və hər sahədə özünü göstərən davamlı müasirləşmə meyilləri yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ovqatı ilə həmahəngdir. 2018-ci ilin ictimai-siyasi həyatımızda əlamətdar hadisələrlə zənginliyi bayramın Odlar yurduna builki gəlişinə xüsusi məna qazandırır. Əminəm ki, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağıq.

Baharı azərbaycançılıq məfkurəsi işığında dünyanın müxtəlif guşələrində bizimlə birgə qarşılayan soydaşlarımıza təbriklərimi yetirirəm. Qoy həmrəyliyimizin rəmzi olan bu el bayramı hər evə xoş əhval gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj