İlham Əliyev Putinlə Soçidə görüşdü - FOTOLAR

SİYASƏT
18:43 09.08.2014
4329
zərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.
AZXEBER.COM  AzərTac-a istinadən xəbər verir ki,bu gün Rusiyanın Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısını salamlayıb:
“Sizi Rusiyada görməyimizə çox şadıq. Çox sağ olun ki, dəvətimizi qəbul etmisiniz. Bizim çoxlu ikitərəfli və regional məsələlərimiz var. Allaha şükür ki, münasibətlərimiz inkişaf edir, özü də yüksələn xətt üzrə. Biz öz səviyyəmizdə, hökumətlər səviyyəsində müntəzəm əlaqə saxlayırıq. İqtisadi, humanitar əlaqələr inkişaf edir, başqa istiqamətlər üzrə də əvvəllər görünməmiş dərəcədə fəal əməkdaşlıq edirik. Ümumiyyətlə, bu bizim ikitərəfli əlaqələrimizdə daim möhkəmlənən etimad elementidir. Biz buna çox şadıq. Yəqin ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı köhnə, ağrılı problemlər barədə də söhbət edəcəyik. Bir sözlə, Sizi görməyə çox şadıq. Xoş gəlmisiniz”.
OXŞAR XƏBƏRLƏR