İlham Əliyev Qarabağdan danışdı:- "Atəşkəsə riayət edilmir"

İlham Əliyev Qarabağdan danışdı:-  "Atəşkəsə riayət edilmir"
SİYASƏT
14:37 08.04.2016
1251
Dağlıq Qarabağda münaqişə zonasında atəşkəs rejiminin ayrı-ayrı pozulma hallarına baxmayaraq, gərginliyin azalması müşahidə edilir.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Səylər nəticəsində atəşkəs bərpa edilib, amma ona hər zaman riayət edilmir, ümumilikdə son günlərdə gərginliyin azalmasını müşahidə edirik və bunu müsbət hal hesab edirik”, Əliyev Rusiyanın baş naziri Dmtiri Medvedev ilə görüşdə bildirib.
Azərbaycan dövlətinin rəhbəri beynəlxalq hüquq və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında münaqişənin siyasi tənzimlənməsinə sadiqliyini vurğulayıb.
///Oxu.az 
OXŞAR XƏBƏRLƏR