Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Keytanın etimadnaməsini qəbul edib.
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, səfir Mohamed Keyta fəxri qarovul dəstəsinin qarşısından keçdi.Mohamed Keyta etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.Azərbaycan Respublikası ilə Qvineya Respublikası arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı marağın və böyük potensialın olduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığın hazırda lazımi səviyyədə olmadığını vurğuladı.Prezident İlham Əliyev səfir Mohamed Keytanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanın müvafiq dövlət qurumları ilə işgüzar əlaqələrin qurulacağına, imkanların araşdırılaraq yeni əməkdaşlıq formatının müəyyənləşdiriləcəyinə əminliyini ifadə etdi.Səfir Mohamed Keyta dövlətimizin başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. O, ölkəsinin Azərbaycan ilə iqtisadi əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirdi.Əməkdaşlığımızın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayan səfir Mohamed Keyta bu istiqamətdə səylərini əsirgəməyəcəyini dedi.Elə bu gün prezident İlham Əliyev noyabrın 22-də Zambiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Frederik Şumba Hapundanın etimadnaməsini qəbul etmişdir.Səfir Frederik Şumba Hapunda fəxri qarovul dəstəsinin qarşısından keçdi.Frederik Şumba Hapunda etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.Səfir Frederik Şumba Hapunda Zambiya Respublikasının Prezidenti Маykl Satanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.Ölkəsinin Azərbaycan ilə əməkdaşlığın enerji, sənaye, turizm, kənd təsərrüfatı, ticarət və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyən Frederik Şumba Hapunda bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi.İkitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanların olduğunu qeyd edən diplomat ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyinin diqqətə çatdırdı.Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan ilə Zambiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, biznes sahələrində inkişaf etdirilməsi üçün imkanların öyrənilməsinin əhəmiyyətini vurğuladı.Prezident İlham Əliyev ölkələrimizin BMT çərçivəsində fəal əməkdaşlığının önəmini qeyd etdi. Dövlətimizin başçısı Frederik Şumba Hapundanın Azərbaycandakı diplomatik fəaliyyəti müddətində əməkdaşlığımızın inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.Azərbaycan Prezidenti İlham Əliyev Prezident Маykl Satanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Zambiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.