İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu

İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
SOSİAL
14:30 17.09.2026
502
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları” kompleksi ilə tanış olublar.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barədə məlumat verdi.

"Nəsimi Bağları” kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirilmələri üçün yaradılmış növbəti bir məkandır.

Kompleks Şamaxı rayonunda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulub.

Çoxfunksiyalı turizm, mədəniyyət və rekreasiya layihəsi kimi fəaliyyət göstərən "Nəsimi Bağları” kompleksinin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir.

Ərazidəki üçmərtəbəli əsas bina kompleksin informasiya və turizm mərkəzi funksiyasını yerinə yetirir. Burada ziyarətçilərə "Nəsimi Bağları”ndakı məkanlar, turist marşrutları və xidmətlər barədə məlumat verilir. Binanın daxilində ziyarətçilərin rahat və səmərəli vaxt keçirmələri üçün "Capybara Cafe” və suvenir mağazası var.

Dördmərtəbəli digər korpusda Şamaxının gədim və müasir tarixini, mədəni irsini əks etdirən zəngin ekspozisiyaya malik muzey yaradılıb. Bu binada, həmçinin əsas restoran zalı, tədbirlərin keçirilməsi üçün zal və geniş terras var.

Kompleks ərazisindəki "Magic Village” hobbit evləri üslubunda inşa edilən tematik evlər, əsasən uşaqların maraqla qarşılayacağı "Honey Nest” kafesi, geniş uşaq oyun meydançası və hündürlüyü 9 metr olan baxış qülləsindən ibarətdir. Buradakı evlər tam yaşayış şəraiti ilə təmin edilib və turistlərin ilboyu qalması üçün nəzərdə tutulub.

Qeyd edək ki, burada Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara ferması -"Capybara Land” var. Fermada heyvanları yaxından görmək, toxunmaq və yemləmək mümkündür.

Kompleks ərazisində Azərbaycan, eləcə də xarici rəssam və heykəltaraşların yaratdığı 100-dən çox əsər və instalyasiya nümayiş etdirilir. Burada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış abidəsinin instalyasiyası da var. Hündürlüyü 21 metr olan instalyasiya nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir çox yerindən görünür.

"Nəsimi Bağları” kompleksində 20 kottec, qeydiyyat binası və çimərlik hovuzundan ibarət şəhərcik də salınıb.

Kompleksdə, eyni zamanda, məscid də fəaliyyət göstərir.

Ərazidə şam ağacları, üzüm bağları, müxtəlif dekorativ bitkilər, həmçinin dünyada ən sürətlə böyüyən ağac növlərindən hesab edilən pavlovniya da daxil olmaqla 150 mindən çox ağac və bitki əkilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
20:36 07.11.2026
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
20:27 07.11.2026
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
20:14 07.11.2026
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
20:09 07.11.2026
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
19:59 07.11.2026
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var
19:51 07.11.2026
Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var