İlham Əliyev Sankt-Peterburq şəhərində işgüzar səfərdədir

İlham Əliyev Sankt-Peterburq şəhərində işgüzar səfərdədir
SİYASƏT
13:56 26.12.2022
480
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərində işgüzar səfərdədir.
 
AZXEBER.COM-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR