İlham Əliyev sərəncam imzaladı - 1,4 milyon manat ayrıldı

İlham Əliyev sərəncam imzaladı - 1,4 milyon manat ayrıldı
SİYASƏT
14:15 19.12.2025
278

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün maliyyə vəsaiti ayrılıb.

 

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsündə Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri üzrə avtomobil yollarının əsaslı təmiri məqsədilə ilkin olaraq 1,4 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ayrılmış məbləğin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

 

Eyni zamanda, İqtisadiyyat Nazirliyi avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri maliyyə vəsaitinin 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulmasını təmin etməlidir.

 

Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

OXŞAR XƏBƏRLƏR