İlham Əliyev silahları yoxladı - Fotolar

İlham Əliyev silahları yoxladı - Fotolar
SİYASƏT
09:49 29.11.2017
1436
Ötən gün Ağcabədidə səfərdə olan prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinə baş çəkib.
 
AZXEBER.COM xəbər verir ki, burada müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib.
 
İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb.
 
Ona interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.
 
Prezident özü də təlim silahlarına baxıb, onların atəş qabiliyyətini yoxlayıb.
 





OXŞAR XƏBƏRLƏR