İlham Əliyev sinqapurlu həmkarına başsağlığı verib

SİYASƏT
17:15 23.03.2015
1258
“Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Azərbaycan prezidenti İlham Əliyev Sinqapur prezidenti Toni Tan Kenq Yama başsağlığı məktubu göndərib.
AZXEBER.COM-un məlumatına görə, məktubda deyilir:
“Sinqapur Respublikasının birinci baş naziri, görkəmli dövlət xadimi Li Kuan Yunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və bütün Sinqapur xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
OXŞAR XƏBƏRLƏR