İlham Əliyev Soçiyə səfər edəcək

İlham Əliyev Soçiyə səfər edəcək
Siyasət
15:23 24.09.2019
4475
Oktyabrın 3-də Soçidə "Valday” klubunun iclası keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "RİA Novosti”yə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, sessiya iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya kralı II Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Flippin dövlət başçısı Rodriqo Duterte olacaq.

Məlumata görə, liderlər "Valday” iclasında çıxış edəcəklər.

Bundan başqa, Rusiya Prezidenti Vladimir Putinin həmkarları ilə təkbətək görüşləri nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR