İlham Əliyev Təhsil Nazirliyinə 5 milyon manat ayırdı

İQTİSADİYYAT
15:08 16.05.2022
241
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Prezidentin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5 milyon manat bu Sərəncama əlavəyə uyğun olaraq Təhsil Nazirliyinə ayrılıb.
 

 


OXŞAR XƏBƏRLƏR