İlham Əliyev Trampa başsağlığı verdi

İlham Əliyev Trampa başsağlığı verdi
SİYASƏT
15:00 15.02.2018
2141

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Dövlətimizin başçısı Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Azərbaycan prezidenti bu dəhşətli hadisə ilə əlaqədar ABŞ prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüzünlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

OXŞAR XƏBƏRLƏR