İlham Əliyev: Turizm sahəsi bərpa olunmağa başlayana qədər bu sahəyə dəstək göstəriləcək

İQTİSADİYYAT
16:59 30.06.2020
275
"Turizm sahəsi bərpa olunmağa başlayana qədər bu sahəyə dəstək göstəriləcək".

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 30-da Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirilən videokonfrans zamanı deyib.

Dövlət başçısı bildirib:

"Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik. Buna görə təbiidir ki, sizin üzərinizə əlavə yük düşüb. Ona görə ki, əvvələn, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq.

Bildiyiniz kimi, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Keçən il rekord göstərici qeydə alınıb - 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək. Odur ki, mühüm məsələlər barədə danışmaq təşəbbüsünə görə sizə təşəkkür edirəm".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:46 04.07.2020

"Sobsan" boya fabrikində baş verən yanğın zamanı 4 nəfər zəhərləndi

21:19 04.07.2020

8103 SMS icazə sisteminin fəaliyyəti bu inzibati ərazilərdə davam edəcək

21:01 04.07.2020

Bakıda “Sobsan” boya fabrikində dəhşətli yanğın - VİDEO

20:31 04.07.2020

Azərbaycanda indiyədək 19 801 nəfər koronavirusa yoluxub

20:16 04.07.2020

Şəmkirdə yas mərasimi belə dayandırıldı - Video

19:52 04.07.2020

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

19:50 04.07.2020

AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

18:55 04.07.2020

"Əvvəllər belə şeylər olmurdu, amma indi gənclər arasında ölüm hallarına şahid oluruq” - MÜSAHİBƏ

18:31 04.07.2020

Bakıda 544 küçə dezinfeksiya edildi

18:21 04.07.2020

“Virusun ağciyərə təsiri çox qorxuludur” - Alimdən XƏBƏRDARLIQ

17:52 04.07.2020

Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyuldu

17:41 04.07.2020

KİVDF 18 qəzetə maliyyə yardımı ayırdı - SİYAHI

17:27 04.07.2020

Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə: Bir həftədə iki qardaşı vəfat etdi

17:08 04.07.2020

Güləşçilərimizin iştirak edəcəyi dünya çempionatları bu şəhərdə keçiriləcək

16:50 04.07.2020

Şəmkirçay su anbarında bir nəfər batdı

16:27 04.07.2020

İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi