İlham Əliyev Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvindən danışıb - VİDEO

SİYASƏT
16:55 13.11.2013
1740

Türkiyənin Azərbaycanla viza rejimini ləğv etməsindən sonra rəsmi Bakı da analoji addım atır.

AZXEBER.COM “Habertürk”ə istinadən xəbər verir ki, bu mövqe Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Ankarada təşkil olunan birgə mətbuat konfransında açıqlanıb.

Mətbuat konfransında yerli jurnalistin Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməsinə yönəlik sualını cavablandıran prezident İlham Əliyev baş nazir Ərdoğanın bu barədə məlumat verdiyini xatırladaraq, özü də bu məsələyə dair mövqeyini bildirib.

İlham Əliyev qeyd edib ki, bu çərçivədə ilk olaraq, İqtisadiyyat Nazirliyindən veriləcək siyahı əsasında Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gediş-gəlişi təmin ediləcək:

“Bildiyiniz kimi, hər bir ölkənin vizalarla bağlı öz siyasəti var – o cümlədən, Azərbaycanın da.

Ancaq istisna hal kimi, elm adamları, idmançılar, iş adamları, tanınmış insanlar, Azərbaycanla sıx-sıx bağlı olan insanlar üçün tamamilə vizasız rejim tətbiq ediləcək.

Yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq və mən əminəm ki, ondan sonra daha bu suallara ehtiyac qalmayacaqdır”.

OXŞAR XƏBƏRLƏR