İlham Əliyev 14-15 aprel tarixlərində Türkiyəyə səfər edəcək.
Anspress-in Türkiyə bürosunun verdiyi məlumata görə, prezident orada İslam Əməkdaşlığı Təşkilatının 13-cü zirvə toplantısında iştirak edəcək. Toplantıya İlham Əliyevlə bərabər 10 ölkənin prezidenti qatılacaq.
Qeyd edək ki, İlham Əliyev martın 15-də də Türkiyədə səfərdə olub.