İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib

İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib
SİYASƏT
17:01 24.09.2022
429
Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Sərdar Qurbanquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu gün qardaş Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləyərək siyasi, iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi bizi sevindirir.

Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər ilə bir-birinə bağlı olan, tarixən mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsi Azərbaycan-Türkmənistan əlaqələrinin əsasını təşkil edir. İkitərəfli və çoxtərəfli əlaqələrimizin ötən otuz ildə yüksələn xətt üzrə inkişaf etməsi və hazırkı strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur. Biz münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətlərinin, zəngin potensiala malik həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
23:56 02.04.2025
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
İran ordusu tam döyüş hazırlığına gətirildi: Hava məkanı bağlanır
23:40 02.04.2025
İran ordusu tam döyüş hazırlığına gətirildi: Hava məkanı bağlanır
Maskın Ağ Evdəki vəzifəsindən nə vaxt gedəcəyi məlum olub
23:31 02.04.2025
Maskın Ağ Evdəki vəzifəsindən nə vaxt gedəcəyi məlum olub
İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
23:16 02.04.2025
İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
Çexiyada sərnişin qatarı relsdən çıxıb
22:57 02.04.2025
Çexiyada sərnişin qatarı relsdən çıxıb
Avropa rəsmiləri və Aİ-nin ölkəmizdəki səfiri Ağdamda yenidənqurma işləri ilə tanış olublar - FOTOLAR
22:45 02.04.2025
Avropa rəsmiləri və Aİ-nin ölkəmizdəki səfiri Ağdamda yenidənqurma işləri ilə tanış olublar - FOTOLAR
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
22:41 02.04.2025
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb - FOTO
22:23 02.04.2025
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb - FOTO
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
22:17 02.04.2025
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
NATO Qrenlandiya ilə bağlı mövqeyini açıqladı
22:07 02.04.2025
NATO Qrenlandiya ilə bağlı mövqeyini açıqladı
"Neftçi" öz meydanında "Sabah"a məğlub oldu
21:52 02.04.2025
"Neftçi" öz meydanında "Sabah"a məğlub oldu
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər
21:45 02.04.2025
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər
KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
21:39 02.04.2025
KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
21:32 02.04.2025
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
21:24 02.04.2025
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib
21:12 02.04.2025
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib