"İlham Əliyev uzaqgörən liderdir" - Saar Bakı səfərindən yazdı - FOTO

"İlham Əliyev uzaqgörən liderdir" - Saar Bakı səfərindən yazdı - FOTO
SİYASƏT
23:24 26.01.2026
717
İsrailin xarici işlər naziri Gideon Saar Bakı səfərindən yazıb.

AZXEBER.COM xəbər verir ki, Saar Azərbaycan Prezidenti İlham Əliyevi "ölkəni təsirli nailiyyətlərə aparan uzaqgörən lider" adlandırıb.

"Bakıda gözəl görüş keçirdik və Prezidentə Azərbaycandakı yəhudi icmasına dostluğuna və dəstəyinə görə təşəkkür etdim. Mən Bakıya müxtəlif sektorlardan olan İsrail şirkətlərindən və iqtisadi təşkilatlarından ibarət yüksək səviyyəli biznes və iqtisadi nümayəndə heyəti ilə gəldim. Bizim ortaq məqsədimiz enerji, müdafiə, su, kənd təsərrüfatı, turizm və digər sahələrdə tərəfdaşlığı dərinləşdirməkdir. Biz strateji münasibətlərimizi gücləndiririk!", - deyə Maiden Tower Telegram kanalı İsrail xarici işlər nazirinin sözlərini sitat gətirib.

 


OXŞAR XƏBƏRLƏR