İlham Əliyev və xanımı basketbol oynadı - FOTO

İlham Əliyev və xanımı basketbol oynadı - FOTO
SOSİAL
19:20 26.08.2018
4381
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında iştirak ediblər.

AZXEER.COM xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov məktəblə bağlı məlumat verib. Bildirib ki, 400 şagird yerlik yeni üçmərtəbəli ümumtəhsil məktəbində müxtəlif fənn kabinetləri və laboratoriyalar yaradılıb.  Məktəbdə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada idman zalı və 175 yerlik akt zalı da yaradılıb.

İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə yaradılan şəraitlə tanış olub. İdman zalında yaradılan şəraitlə tanış olan zaman prezident və xanımı basketbol oynayıb. 
 

 

 


OXŞAR XƏBƏRLƏR