Görüşdə iki ölkə arasında enerji sektorunda əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib
AZXEBER.COM-un məlumatına görə, bu gün Davosda Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşüb. Görüşdə Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, enerji sektorunda əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilən görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin daha da genişlənməsində əhəmiyyəti qeyd edilib.