İlham Əliyev Vladimir Putinə telefonla zəng etdi

SİYASƏT
12:57 02.07.2020
1124
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir. 

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin konstitusiyaya dəyişikliklərin lehinə səsverməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisənin ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirmişdir. Azərbaycan Prezidenti əmin olduğunu bildirmişdir ki, konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcəkdir.

Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilmişdir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet