Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi "Xalqlar Dostluğu" ordeni ilə təlltif edilməsi haqqında Fərman imzalayıb.
Bu barədə şənbə günü Trend Belarus Prezidentinin rəsmi saytına istinadən məlumat verir. Fərmanda qeyd olunur ki, iki ölkə arasında strateji əməkdaşlığın, dostluq münasibətlərinin qurulması və inkişafında əhəmiyyətli şəxsi töhfəsinə görə Prezident İlham Əliyev "Xalqlar Dostluğu" ordeni ilə təltif edilir.